Reklam verin!

Blog Haqqında

tenha

Axtarış

Bölmələr

Arxivlər

Keçidlər

Açar sözlər

yoxsan!!!  yoxsan,  maska  sevgim  menem  sən 

Sayqaç

  • İndi blogda: 2
  • Keçən ayın hiti: 351
  • Dünənki hit: 4
  • Bugünki hit: 2
  • Ümumi hit: 3386

Müxtəlif

Sən.Yenə sən...

Gəl.Yenə gəl bura.Səni gözləyirəm.

Yenə yaz.

Mənə məktub yaz. 


Davamı...


Ürəyini mənə aç, dost
tenha
May 3, 2008 20:11
Baxış sayı: 81

Şərhlər(2)

Gəl səninlə ölək

Bura gəlmirdim.Elə bilirdim daha yazmayacaqsan bu bloqa məktub.
Axı əslində mən buranı sənin üçün açdım.
İstəyirdim təsadüfən də olsa gəlib keçəsən burdan və mənim üçün nəsə yazasan. Nəsə...
Sən , mən və heç kim.Heç kim.Heç kim.
Sənə birgə ölməyi təklif etmişdim bir dəfə.
Əgər həyatında məndən , özündən başqa heç kimin olmasını istəmirsənsə, demək səndən və məndən başqa həyatında olanların və olmayanların sənin üçün heç bir dəyəri yoxdur.
Mənim üçün də.
Gəl...
Səninlə yaşaya bilmədik
Amma ölə bilərik birlikdə.
Dediyim kimi.
Bir gün və bir gecə birlikdə .
Gələn səhəri isə ölüm üçün açmaq.
İntihar edərsənmi mənimlə?
De...



Ürəyini mənə aç, dost
tenha
May 1, 2008 9:39
Baxış sayı: 64

Şərhlər(1)

Səninəm...

Bilmirəm ...nə baş verdiyini, həyatımızda nələr olmasını anlaya bilmirəm...bunu istəmirəm də...Mənimçin real olmayan, amma içində tam rahat ola bildiyim bir dünya var...Orda səni tanımışam...səni sevmişəm...sənin olmuşam...
Hər dəfə sən harasa gedəndə daha çox sıxılıram, daha çox hiss edirəm səninçin hələ də dəli kimi darıxdığımı...Amma yazdın bura bir dəfə...bir dəfə də yazmağını istəyirəm, bir dəfə də gəlməyini, mənimçin nələrsə yazıb saxlamanı istəyirəm...
Gəəl...nolar gəl bura...
Nolar yaz...
Mənə məktub yaz...


Ürəyini mənə aç, dost
tenha
Aprel 12, 2008 10:44
Baxış sayı: 81

Şərhlər(1)

Sevdiyinə sözün varsa, de, çatdırım.

Sevdiyin biri varsa, ona demək istədiklərini heç yerdə deyə bilmirsənsə, yaza bilmirsənsə, ürək sirlərinin elə sirr olaraq qalmasını istəyirsənsə, buyur ürəyini mənə aç, dost.

Səni dinləməyə hazıram.

Anonimlik qorunacaq, bundan tam əmin ola bilərsən.

Mənə məktub yaz.

Axı sən də tənhasan. 




Ürəyini mənə aç, dost
tenha
Aprel 7, 2008 19:38
Baxış sayı: 92

Şərhlər(1)

menem bu, ay deli...men...

indi inandinmi menem?


Ürəyini mənə aç, dost
tenha
Oktyabr 8, 2007 14:15
Baxış sayı: 0
menem 
Şərhlər(0)

yalan

Bu gecə yalanların ən dəhşətlisini yaşayacağam.

Amma bu da yalandır.

Bu gecə yaşayacağım yalanın dünyadakı yalanlar arasında ən dəhşətlisi olması yalandır.

Bu gecə məndən daha çox yalançı olan birisi də var.

O, sənsən...

Sənin ürəyindən gedirəm bu gecə.

Bir daha geri dönə bilməməyim üçün qapa ürəyini, qıfılla, heç bir ağlayışıma,

 heç bir yalvarışıma baxma.

Bir daha səni sevməyəcəyimə and içirəm bu gecə.

Ürəyimdə olanın yox, həyatımda olanın olacağam bundan sonra.

Unudacağam səni.

Siqaret deyilsən ki, tərgitmək mümkün olmasın.

Tərgidəcəm.

Səni siqaretdən daha asan atacağam.

Məni eşidirsənmi?

Davam edim, yoxsa bu qədər yalan bəs edər sənə?! 

Deməyəcəyəm daha sənsiz tənhayam.

Deməyəcəyəm məni axtar.

Deməyəcəyəm mənə məktub yaz. 

 

 




Ürəyini mənə aç, dost
tenha
Oktyabr 6, 2007 22:03
Baxış sayı: 173
maska 
Şərhlər(6)

Hardasan, Əks - səda???

Mənə məktub yaz, Əks-səda!

Mənə məktub yaz... 




Ürəyini mənə aç, dost
tenha
Oktyabr 6, 2007 13:43
Baxış sayı: 123
sən yoxsan, yoxsan!!! 
Şərhlər(3)

MƏHZ BU GÜN

Məhz bu gün səni hər gün olduğundan daha çox gözləyirəm.

Məhz bu gün sənə hər gün olduğundan daha çox ehtiyacım var.

Məhz bu gün məni xatırlamayacağından əminəm.

Məhz bu gün başın çox qarışıq olacaq, bilirəm.

Məhz bu gün səni hər gün olduğundan daha çox sevdiyimi anlayıram.

Məhz bu gün bu sevginin sənə nə qədər mane olacağını anlayıram.

Məhz bu gün  məni düşünmə, nolar.

Məhz bu gün məni axtarma.

Məhz bu gün mənə məktub yazma. 




Ürəyini mənə aç, dost
tenha
Oktyabr 6, 2007 11:03
Baxış sayı: 119
sevgim 
Şərhlər(1)

Əks-səda üçün

Salam, Əks-səda.

Məni olduğum kimi olduğum üçün bilirsənmi kim qınayıb?

Hamı.

Ətrafımda olan adamların hamısı.

Kimsə başa düşmək istəməyib niyə mən bu cürəm - olduğum kimi.

Mənsə özümü belə sevirəm.

Olduğum kimi olduğum üçün özümü çox sevirəm, lap çox.

Çünki bunu məndən başqa kimsə eləməz sanıram.

Mənimsə sevilməyə ehtiyacım var - olduğum kimi olduğum üçün.

Mənim sevməyə də ehtiyacım var - olduğu kimi olan birisini.

Həyatda yeganı inandığım bir şey varsa, o da ürəyimdəki sevgidir.

O da tənhadır.

Mənim kimi.

Bax, indicə məni özünün hesab edən birisinin yanına getməliyəm.

Onu sevdiyimi, ona sadiq olmağımı sübut etməliyəm.

Hər gecə olduğu kimi.

Bax, gecələrdən zəhləm gedir.

Gecələr olduğum kimi ola bilmirəm.

Çox çarəsizəm.

Çox da tənha.

Məni atma, Əks-səda.

Mənə yaz.

Mənə məktub yaz. 




Bölməsiz
tenha
Oktyabr 4, 2007 23:34
Baxış sayı: 76

Şərhlər(2)

Əks-əda üçün

Ürəyini aç, dost.

Ünvanım burada.

Burdan başqa heç yerim yoxdu.

Burdan başqa hər yer başqalarınındı.

Mənə hər şeyi bura yaz.

Qoy dostlar da oxusunlar.

Bütün tənhalar oxusun.

Bütün tənhalar yazsın bura.

Sən də yaz.

Mənə məktub yaz. 




Ürəyini mənə aç, dost
tenha
Oktyabr 2, 2007 17:18
Baxış sayı: 76

Şərhlər(3)


  Yazılar cəmi: 15    Sonrakı səhifə »
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com