Əks-əda üçün
Ürəyini aç, dost.
Ünvanım burada.
Burdan başqa heç yerim yoxdu.
Burdan başqa hər yer başqalarınındı.
Mənə hər şeyi bura yaz.
Qoy dostlar da oxusunlar.
Bütün tənhalar oxusun.
Bütün tənhalar yazsın bura.
Sən də yaz.
Mənə məktub yaz.
Ürəyini mənə aç, dost
tenha
Oktyabr 2, 2007 17:18
Baxış sayı: 93
Şərhlər(3)


əks-əda? mən ədalı deyiləm...:-)
Oktyabr 3, 2007 14:30Bu gün tənha deyiləm, Özümləyəm. Bir yerdə şəhəri gəzdik, alış-veriş elədik. Özümə bir corab aldım. Sevindi. Yaman üşüyəndi axı. Payız da kı qapıda. Elə çinarlı küçədən keçirdik, ikimizin də başına sapsarı yarpaq düşdü, çinar yarpağı...
Özüm xatırladı ki, mən balaca olanda "kın-kın" deyə-deyə sarı çinar yarpaqlarını toplamağı sevirmişəm. Gülümsündüm. Özümün yadındadı, mənim yox. Özüm məndən böyükdü axı, məndən əvvəl dünyaya gəlib. Əvvəl gəlib ki, dünyanı sahmana salsın, mən gələnə çox qarışıqlıq olmasın, amma yenə də tənbəlliyindən işlərini bitirə bilməyib. Mən dünyaya gələndən dünya qara-qışqırıq, qarmaqarışıqdı eləcə....
Mən də bir xatirə danışdım, Özümün yadına düşmədi. Özüm onda mənim yanımda olmayıb. Elə bilib yekəlmişəm daha, tənha qoyub gedibmiş məni. Demək, nə zamansa yarpaqlarını sevdiyim o gözəlim çinarı dayım kəsəndə ona nifrət etmişdim...İllər keçib, amma mən dayımı hələ də bağışlaya bilmirəm...Nə olsun ki, "kın-kın" nəğməli yarpaqlar yadımda deyil...Mən bunsuz belə o çinarı sevirdim...
Tənha, istəyirsən sənə uşaqlıq xatirələrimdən yazım? Ya da uşaqlıq yaşantılarımdan? Böyüyəndən sonra bütün yaşantılarım bir-birinə oxşayır onsuz da...
Tənha qalan kimi Özünü çağır, harda olsa gələcək...