Hardasan?
Bax, burdayam.
Yenə səni axtarıram.
Sən gələnə qədər, sən mənə məktub yazana qədər gözləyəcəyəm.
Yazıq klaviaturamın bədbəxt düymələri çəkdiyim siqaretlərin külündə batdılar, gəl artıq.
10 siqaret, 20, 30, 40...
Səni gözləyirəm.
Nə evimdəki adamlar, nə işimdəki yoldaşlar bu dünyada yalnız sənin üçün yaşadığımı
anlamaq iqtidarında deyillər.
Hər gün gələcəyəm bura.
Hər gün axtaracağam yazdığlarını, yazacaqlarını, hətta yazmayacaqlarını.
Bilirəm varsan.
Bilirəm hardasa buralardasan.
Gəl.
Təsadüfən keç burdan.
Təsadüfən oxu bunları.
Təsadüfən gülümsə.
Və yaz.
Mənə məktub yaz.
Ürəyini mənə aç, dost
tenha
Oktyabr 2, 2007 16:09
Baxış sayı: 144
Şərhlər(0)

